“Financial Times” yazır ki, Dubay şokoladının sürətlə populyarlaşması püstənin qlobal qıtlığına və qiymətlərinin kəskin artmasına səbəb olub.
Fındıq treyderi CG Hacking nəşrə bildirib ki, püstə ləpələrinin qiyməti bir ildə 7,65 dollardan 10,30 dollara yüksəlib. Şirkət qeyd edib ki, yeni desert ortaya çıxanda şokoladçılar “əllərinə keçən püstəni” alaraq digər müştəriləri onlardan məhrum edib.
Şirkətin sözçüsü Giles Hakinqin sözlərinə görə, "Püstə dünyası hazırda demək olar ki, tükənib" dedi.
İran dünyada ikinci ən böyük püstə istehsalçısıdır. İran gömrük xidmətinin statistikasına əsasən, son altı ayda respublika BƏƏ-yə əvvəlki 12 ayla müqayisədə 40% çox püstə ixrac edib.
İran Püstə İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü Behrouz Agah FT-yə bildirib ki, hazırkı püstə qıtlığı 2023-cü ildə püstə tədarükü alıcıların marağını üstələdiyi və qiymətlərin aşağı düşməsinə səbəb olan püstəyə olan zəif tələbdən sonra yaranıb.
Britaniya şokolad istehsalçısı Prestat Group Dubay şokoladının "heç bir yerdən peyda olmasından" və indi istənilən mağazada tapılamasından şikayətlənib. “Heç kim buna hazır deyildi”, - deyən CEO Çarlz Jandreu əlavə edib ki, qaymaqda istifadə edilən xırdalanmış xəmirin əldə edilməsi çətinləşib.
FT qeyd edir ki, Dubay şokoladına yüksək tələbat səbəbindən İngiltərədəki bəzi mağazalar bir nəfərin ala biləcəyi plitka sayını məhdudlaşdırır. Britaniyalı şokolad istehsalçısı Prestat Group da bildirib ki, şirkətin kifayət qədər Dubay şokoladı istehsal etmək üçün resursları yoxdur.
Dubay Şokolad 2021-ci ildə təqdim edilib və Birləşmiş Ərəb Əmirliyinin şokolad istehsalçısı FIX tərəfindən yaradılıb. Dubay şokoladı 2023-cü ilin dekabrında TikTok-da videoya baxış 120 milyon baxış topladıqdan və Dubay şokoladını qlobal sensasiyaya çevirdikdən sonra populyarlıq qazanıb.
S.ELAY
XQ