Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə, Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayon 20 nömrəli və Nizami rayon 26 nömrəli şəhər poliklinikalarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonunun Əmirvar kənd sakinləri ilə, Gəncə şəhər 32 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında və Gədəbəy rayonu, Düz Rəsullu bələdiyyəsində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon Mərkəzi Kitabxanasında, Goranboy rayon və Mingəçevir şəhər Gigiyena və Epidemiologiya mərkəzlərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində və Zaqatala rayonu “14 nömrəli Yol İstismarı” MMC-də, Muğan Regional Mərkəzi tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliy Şirvan-Salyan Regional bölməsində, Şimal Regional Mərkəzi tərəfindən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsində, Qusar rayon Dövlət Aqrar İnkişaf Mərkəzində və Siyəzən rayon Gigiyena və Epidemologiya Mərkəzində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.