Oktyabrın 20-də Dövlət Gömrük Komitəsində 2025-ci ilin 9 ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
XQ xəbər verir ki, müşavirədə cari ilin müvafiq dövründə gömrük orqanlarının fəaliyyəti ilə bağlı Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini Kənan Əsədovun analitik təhlillərə əsaslanan hesabatı dinlənilib.
Həmçinin Naxçıvan Baş Gömrük İdarəsi, Tibbi Xidmət, Balakən, Tovuz, Xaçmaz gömrük idarələrinin rəisləri hesabatlarla çıxış ediblər.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək gömrük əməliyyatlarının, rəsmiləşdirilmə, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, xidmət səviyyəsinin, şəffaflığın, sahibkar və vətəndaş məmnuniyyətinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.