Hindistanla Pakistan arasında silahlı qarşıdurma başladı

post-img

Ötən gücə Hindistan silahlı qüvvələri Pakistanın Pəncab əyalətinə, həmçinin Müzəffərabad, Kotli, Azad Cammu Kəşmir, Baxavalpur və digər ərazilərinə qırıcı təyyarələrlə və pilotsuz uçuş aparatları ilə hücum edib, məscidlər, yaşayış məntəqələri zərər görüb. İlkin məlumata görə, Pakistanda biri uşaq olmaqla 3 nəfər ölüb, 12 adam yaralanıb. Pakistanın Pəncab əyalətində fövqəladə vəziyyət elan olunub.

Pakistan mətbuatı xəbər verir ki, Pakistan ordusu Hindistan Silahlı Qüvvələrinin 5 qırıcı təyyarəsini vurub. Hindistan tərəfdən 26 adam ölüb, 50-yə yaxın adam yaralanıb. Pakistan ordusu Hindistanla sərhəddə olan Dudxnial nəzarət-buraxılış məntəqəsini dağıdıb. 

Pakistan 48  saat müddətinə bütün beynəlxalq və daxili reyslərin uçuşları üçün hava məkanını bağlayıb.  

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Pakistanın 5 əyalətinə raket zərbələri endirməsi ilə bağlı açıqlama verib. Baş nazir inisidentlə bağlı bildirib ki, onun ölkəsi Hindistanın raket zərbələrinə cavab vermək hüququ var və “bu cavab artıq verilib”.

Şahbaz Şərifin sözlərinə görə, Pakistan ordusu “düşmənlə necə davranacağını yaxşı bilir”.

Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar deyib ki, Pakistanın suverenliyini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozan Hindistanın təcavüzünü şiddətlə pisləyir.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad

 

 

 



Dünya