2024-cü ilin dekabrından 474 mindən çox suriyalı vətəninə qayıdıb

post-img

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, 2024-cü il dekabrın 8-dən indiyədək 474 018 Suriya vətəndaşı könüllü olaraq ölkəsinə qayıdıb.

Məlumatı “Anadolu” yayıb. 

Yerlikaya vurğulayıb ki, Türkiyə əvvəlki kimi, suriyalı qaçqınlara könüllü qayıtma mərhələsində də dəstəyini davam etdirir. Nazir xatırladıb ki, ötən ilin dekabrında Suriyada baş verən hadisələrdən sonra könüllü qayıtma prosesi sürətlənib: “2024-cü il dekabrın 8-dən indiyədək 474 018 suriyalı qardaşımız vətənlərinə qayıdıb. 2016-cı ildən könüllü qayıdan suriyalıların ümumi sayı 1 milyon 213 620 nəfərə çatıb”.

Yerlikayanın sözlərinə görə, miqrasiya proseslərinin idarə olunması prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilir və Türkiyənin tarixi təcrübəsi, humanist yanaşması və problemə rasional baxışı sayəsində “bütün dünyaya nümunədir”.

O, əlavə edib ki, suriyalıların könüllü qayıtması prosesləri Miqrasiya İdarəsinin koordinasiyası ilə xüsusi qayğı ilə həyata keçirilir.

P.ƏMİRCANOV
XQ

Dünya