Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Rusiya Ukrayna ilə İstanbul formatında danışıqları davam etdirməyə hazırdır, əgər bunun üçün “uyğun əsas” olarsa.
Məlumastı “Kommersanr” verib.
“Biz İstanbul formatından imtina etməmişik. Mövqelərimiz dəyişməyib”, - diplomat bildirib. O xatırladıb ki, Moskva artıq iyul ayında memorandum layihəsini formalaşdırıb və dialoqu davam etdirməyə hazırdır.
Miroşnik Avropanı sülh prosesini sabotaj etməkdə də ittiham edib. O, iddia edib ki, Avropa ölkələri Ukrayna ilə birlikdə “mümkün qədər dinc nizamlanma axtarışlarına torpedo vurmağa” çalışırlar və sonra danışıqların pozulmasında Rusiyanı günahlandırırlar. O qeyd edib ki, Amerika planı yalnız Rusiya şərtlərinə uyğunlaşdırıldığı halda nəzərdən keçirilə bilər, əks halda Moskva bunu qəbuledilməz hesab edəcək.
P.ƏMİRCANOV
XQ

