Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampla telefon danışığı aparıb. Bu barədə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin açıqlamasında bildirilir.
Xəbəri “Anadolu” yayıb.
Məlumata görə, söhbət zamanı Türkiyə və ABŞ liderləri ölkələr arasında ikitərəfli siyasi münasibətləri, müdafiə sənayesində əməkdaşlığı, nəzərdə tutlmuş ticarət həcminə çatmaq üçün görülən tədbirləri, eləcə də regional və qlobal məsələləri, xüsusən də Qəzza və Venesueladakı vəziyyəti müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ

