Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 149) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “Qanununun” sözündən sonra “1.1.2-1-ci,” sözləri əlavə edilsin, həmin bənddən “1.1.68-ci,”, “17.1-ci, 17.4-cü,” sözləri çıxarılsın və həmin bənddə “17.7–17.10-cu, 18.2-ci” sözləri “17.7-ci, 17.9-cu, 17.10-cu” sözləri ilə əvəz edilsin.

2. 1.3-cü bəndə “Qanunun” sözündən sonra “1.1.2-1-ci,” sözləri, “12.3-cü maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “13.3-cü (birinci halda),” sözləri əlavə edilsin və həmin bənddə “17.1-ci” sözləri “16.3-cü” sözləri ilə əvəz edilsin.

3. 1.5-ci bənddə “6.3-cü (mülki aviasiyaya münasibətdə) maddəsində” sözləri “6.3-cü (mülki eksperimental və mülki aviasiyaya münasibətdə), 8.2-ci (ikinci halda) (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəyi nəzərə alınmaqla) maddələrində” sözləri ilə, “və 55.1-ci (mülki aviasiyaya münasibətdə) maddəsində” sözləri “, 55.1-ci (mülki aviasiyaya münasibətdə), 60.12-ci və 62.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.

4. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“1.6. həmin Qanunun 6.3-cü (dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə), 7.4-cü, 8.1-ci, 11.3-cü (hərbi aerodromlara münasibətdə), 11.4-cü (birinci halda) (hərbi aerodromlara münasibətdə), 11.6-cı (hərbi aerodromlara münasibətdə), 13.3-cü (ikinci halda) (hərbi hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə) maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda) (dövlət eksperimental aviasiyasına münasibətdə), 55.1-ci (dövlət aviasiyasına münasibətdə), 56.1-ci (dövlət aviasiyasına münasibətdə), 57.3-cü (birinci halda), 57.4-cü maddələrində, 57.6-cı maddəsinin birinci cümləsində (dövlət aviasiyasına münasibətdə) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;”.

5. 1.8-ci bənddə “və 54.1-ci” sözləri “, 54.1-ci və 63.2-ci” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 1.9-1-ci, 1.10-1 – 1.10-5-ci, 1.11-1-ci və 1.11-2-ci bəndlər əlavə edilsin:

“1.9-1. həmin Qanunun 10.9-cu maddəsində “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;”;

“1.10-1. həmin Qanunun 12.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.10-2. həmin Qanunun 13.1-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bu Fərmanın 1.10-3-cü bəndi nəzərə alınmaqla), yerli icra hakimiyyəti orqanları (bu Fərmanın 1.10-3-cü bəndi nəzərə alınmaqla) və Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.10-3. həmin Qanunun 13.1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.10-4. həmin Qanunun 16.1-ci və 16.2-ci maddələrində “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.10-5. həmin Qanunun 17.9-cu və 17.10-cu maddələrində “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;”;

“1.11-1. həmin Qanunun 55.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

1.11-2. həmin Qanunun 62.1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə daimi coğrafi zonalara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, müvəqqəti coğrafi zonalara münasibətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.

7. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. həmin Qanunun 1.1.4-cü (ikinci halda), 1.1.6-cı, 1.1.64-cü, 1.1.75-ci, 1.1.80-ci, 1.1.81-ci, 7.1-ci maddələrində, 7.2-ci və 7.5-ci maddələrinin birinci cümlələrində, 7.6-cı, 8.4-cü, 10.10-cu, 11.3-cü (mülki aerodromlara münasibətdə), 11.4-cü (birinci halda) (mülki aerodromlara münasibətdə), 11.6-cı (mülki aerodromlara münasibətdə), 12.1-ci, 13.3-cü (ikinci halda) (mülki hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə), 14.1-ci, 16.4-cü, 18.6-cı, 21.3-cü maddələrində, 21.5-ci maddəsinin birinci cümləsində, 23.2-ci, 23.4-cü (birinci halda), 23.5-ci, 24.2-ci, 25.6-cı (hər iki halda), 28.4.2-ci (ikinci halda), 28.4.3-cü maddələrində, 29.1–29.4-cü maddələrinin ikinci cümlələrində (ikinci halda), 29.6-cı maddəsində, 31.1-ci və 31.2-ci maddələrinin birinci cümlələrində, 32.1-ci (ikinci halda), 32.2-ci, 33.1-ci, 33.2-ci (ikinci halda), 33.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci abzasında, 35.1.8-ci, 37.1-ci, 41.2-ci, 43.4-cü, 43.7-ci (birinci halda), 44.2–44.4-cü, 44.6-cı (birinci halda), 45.4-cü, 47.1-ci, 47.2-ci maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda) (mülki eksperimental və mülki aviasiyaya münasibətdə), 47.11-ci maddəsində, 55.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 56.1-ci (mülki aviasiyaya münasibətdə), 57.3-cü (ikinci halda), 57.5-ci maddələrində, 57.6-cı maddəsinin birinci cümləsində (mülki aviasiyaya münasibətdə), 58.4-cü maddəsində, 58.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 58.6-cı, 58.7-ci (hər iki halda), 60.2-ci (ikinci halda), 60.7–60.9-cu, 61.1-ci və 61.2-ci maddələrində “orqan (qurum)” dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.

8. Aşağıdakı məzmunda 1.13-cü bənd əlavə edilsin:

“1.13. həmin Qanunun 1.1.66-cı, 60.10-cu və 60.11-ci maddələrində “orqan (qurum)” dedikdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2025-ci il

Fərmanlar