Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Bu barədə XQ-yə DİN-dən məlumat verilib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

