İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Black Locust Capital Financing Broker” (BLC) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlığı nəzərdə tutur.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və BLC-nin direktoru Şahrux Xan arasında keçirilən görüşdə Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.