Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfər çərcivəsində S. Qafarova paytaxt Berlində yerləşən "GalleryBerlin"də təşkil olunan "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.
Parlamentinin Sədri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası ulu öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib.
Milli Məclisin Sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində də olub. Spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.
S.Qafarova Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib.
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya–Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verilib.
XQ

