DİN çağırış edir: Təcili Tibbi Yardıma yol ver!

post-img

DİN sürücülərə müraciə edib. Müraciətdə bildirilir ki, paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir. 

Həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasında və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir. Daxili İşlər Nazirliyi “Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər