Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 128  Bakı şəhəri, 23 aprel 2025-ci il 

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 

2. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə ­olunur). 

3. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarı ləğv edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları