Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu vakant yerlərə müsabiqə elan edir

post-img

Elmi-tədqiqat müəssisəsində işləmək üçün 1 nəfər aparıcı mütəxəssis və 5 nəfər mühəndis tələb olunur.

Aparıcı mütəxəssis üçün tələblər: Fəlsəfə doktoru elmi dərəcəli və ya elmi işçi vəzifəsində çalışan, Azərbaycan və rus dillərində bilik və bacarığı olan, kompüter proqramlarını bilmək bacarığı.

Mühəndis vəzifəsi üçün tələblər: 5 ildən az olmayan staj, magistratura pilləsini bitirmiş, xarici dillərdə danışıq bacarığı, punktual və şəxsi inkişafa yönümlü, “Windows ” əməliyyat sistemi, “MS Office Word”, “Excel”, “PowerPoint”, “Outlook” proqramları və layihə işlərində “Archicad”, “Autocad” və sair proqramları bilmək bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elekton ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrəsi – (012) 596-37-28 (daxili 203, 240)

Ünvan – Bakı şəhəri, Fizuli küçəsi 65. 

 

Reklam və elan