ATMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib

post-img

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil edilib. 

Sərgidə Azərbaycan Turizm və Menecment Universiteti ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələri iştirak edib. 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin sərgisi ilə tanış olub. O, ATMU-nun stendini də ziyarət edib, nümayəndələrlə fikir mübadiləsi aparıb. Məleykə xanım qeyd edib ki, belə tədbirlər abituriyentlərin düzgün ixtisas seçimi etməsində mühüm rol oynayır.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.

Ziyarətçilər sərgidə ATMU-nun, eləcə də digər ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər. Sərgidə, həmçinin, ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunub.

Z.HÜSEYNOVA
XQ





Təhsil