2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən XQ-yə verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri və incəsənət mərkəzlərinə I -VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
5 gün ərzində namizədlər tələb olunan sənədləri həmin kabinet üzərindən sistemə yükləyərək qəbul prosesini təsdiqləməlidirlər. Bu mərhələ sənət yoluna qədəm qoyan yeni istedadlar üçün önəmli başlanğıcdır və hər yeni addım onları parlaq sənət dünyasına yaxınlaşdıracaq.
Fidan ƏLİYEVA
XQ