UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

post-img

Dünyanın etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan Webometricsin (Ranking Web of Universities, July 2025) nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinci olub.

Universitetdən XQ-yə bildirilib ki, yanvar ayı ilə müqayisədə 1302 pillə irəliləyən UNEC, dünyanın 200-dən çox ölkəsindən olan 32 mindən çox ali təhsil müəssisəsi arasında 1538-ci yerə yüksəlib.

UNEC, həmçinin Avropanın 6002 universiteti arasında 856-cı, Asiyanın 17653 universiteti arasında isə 1080-ci sırada qərarlaşıb.

Reytinq cədvəlinə Harvard Universiteti liderlik edir.

Təhsil