Cənubi Koreya gələn həftə qlobal okean konfransına ev sahibliyi edəcək

post-img

Cənubi Koreya gələn həftə Pusanda qlobal okean konfransına ev sahibliyi edəcək və bu sektorun davamlı gələcəyinə dair beynəlxalq müzakirələr üçün platforma təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb. Bildirilib ki, 10-cu Okean Konfransında 2 minə yaxın rəsmi şəxs, o cümlədən 100 ölkənin hökumət nümayəndələri, beynəlxalq institutların və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edəcək.

Konfransda bir sıra vacib mövzuların, o cümlədən davamlı balıqçılıq, suların çirklənməsi və təhlükəsizliyi məsələlərinin müzakirəsı planlaşdırılır.

Dünya