Orta aylıq əməkhaqqı 9,4 faiz çoxalıb

post-img

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ilin I yarısında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manat təşkil edib. Əməkhaqqı neft –qaz sektorunda 3919 manat, qeyri – neft – qaz sektorunda 1045 manat olub. Dövlət müəssisələrində bu göstərici 1062 manat, özəl müəssisələrdə isə 1133 manat qeydə alınıb.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi – texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

İqtisadiyyat