Fransada bir sıra həbsxanalar avtomobilləri yandıran və atəş açan cinayətkarların hücumuna məruz qalıb. Bu barədə aprelin 15-də BFMTV kanalı məlumat yayıb.
Məqalədə deyilir: “Bir neçə həbsxana koordinasiyalı hücumlara məruz qalıb, bu zaman maşınlar yandırılıb, avtomat silahlardan atəş açılıb.
Luynesdə (Buş-du-Ron departamenti) və Valensdə (Drom departamenti) naməlum şəxslərin həbsxananın dayanacağında avtomobilləri yandırdığı dəqiqləşdirilir.
Tulonda (Var departamenti) həbsxana qapılarına avtomat silahlardan atəş açılıb.
Kanalın mənbələrinə görə, bu yandırma “əməliyyatı” narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində yüksək təhlükəsizlik həbsxanalarının yaradılması planına cavab olan koordinasiyalı hücum olub.
P.ƏMİRCANOV
XQ