Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kreml sarayında keçirilən görüş zamanı Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və bildirib ki, Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva