Tokayev: Tarixi həqiqəti təhrif etmək yolverilməzdir

post-img

Dünyada Böyük Vətən Müharibəsi və qələbənin əhəmiyyəti haqqında tarixi həqiqəti təhrif etmək qətiyyən yolverilməzdir. Bunu mayın 7-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Qələbənin 80 illiyinə və Vətən Müdafiəçisi Gününə həsr olunmuş hərbi paradda bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

Tokayev vurğulayıb ki, hazırda Qazaxıstan vətəndaşlarına müharibə ilə bağlı bütün həqiqətləri çatdırmaq çox vacibdir, xüsusən də siyasətə “nifrət çöpləri” nüfuz etdikdə : “Həqiqət olmadan sülhün dəyərini bilmək mümkün deyil. Müharibə və Böyük Qələbənin əhəmiyyəti haqqında tarixi həqiqəti təhrif etmək yolverilməzdir”.

O əlavə edib ki, indiki qeyri-sabit bir dövrdə Qazaxıstan üçün əsas vəzifə milli maraqları qorumaqdır.

P.ƏMİRCANOV
XQ

Dünya