Roma Papası Fransisk vəfat edib

post-img

“Reuters” Vatikan administrasiyasına istinadən xəbər verir ki, Roma Papası Fransisk vəfat edib. Onun 88 yaşı var idi. O, 2013-cü il martın 13-də Roma Papası seçilib.

2025-ci ilin fevral ayında Fransisk ikiqat pnevmoniya ilə xəstəxanaya yerləşdirildi. Martın 23-də pontifik xəstəxanadan buraxılıb və aprelin əvvəllərində Vatikanın Müqəddəs Pyotr meydanında ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, əlil arabasında əyləşərək möminlərə xitab edərək onlara xoş bazar günü arzulayıb. Həkim Serxio Alfieri 88 yaşlı papanın xəstəxanadan evə qayıtmasını möcüzə adlandırıb.

P.ƏMİRCANOV

XQ

Dünya